Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan 30-a yaxın şəxs Azərbaycana təxliyə olunub.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, təxliyə olunanlar Azərbaycan, Qırğızıstan, Gürcüstan, Kanada, Xorvatiya və Çin vətəndaşları olub.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların icrası ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.