EN

NATO İrana qarşı kollektiv müdafiə bəndini tətbiq etməyə hazırlaşır


NATO İrana qarşı kollektiv müdafiə ilə bağlı 5-ci maddənin mümkün tətbiqinə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte “Newsmax”a verdiyi müsahibədə alyansın potensial hadisələrə reaksiyası ilə bağlı sualı cavablandırarkən bildirib.
O, Yaxın Şərqdə gərginliyin artması ilə blok üzvlərinin öz ərazilərini müdafiə etməyə hazır olduqlarını ifadə edib.
“Biz buna hazırlaşmışıq. Hazırda NATO daxilində etdiyimiz şey alyansın ərazisinin hər qarışının qorunmasını təmin etməkdir”, - deyə Rutte bildirib.
Baş katib bildirib ki, NATO-nun 5-ci maddənin nə vaxt qüvvəyə minəcəyi ilə bağlı həmişə qeyri-müəyyənlik saxlamaq üçün yaxşı səbəbləri var.
Chosen
75
yeniavaz.com

1Sources