Bakı.Trend:
Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında fasiləyaranacaq.
Bu barədə Trend-ə “Azəriqaz”İB-dən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonu Yoncalıq və Can təpə yaşayışmassivləri, Binəqədi şosesi 1, 2, 3-cü döngələr, M.Ə.Sabir, DədəQorqud, Mirəli Qaşqay, Yusif Məmmədəliyev küçələrində qaztəchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş yeraltı qazxəttinin mənbəyə qoşulması ilə əlaqədar 06.03.2026-cı il tarixindəsaat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatıdayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə qeyd olunan ünvanlarda 9000istehlakçının qaz təchizatında fasilə yarancaqdır.