EN

İsrail XİN başçısı İranın Azərbaycana hücumunu qəbuledilməz adlandırıb

Olke.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İsrailin xarici işlər naziri Gideon Saar İranın Azərbaycana hücumunu pisləyib və qəbuledilməz adlandırıb.

Ölkə.Az xəbər verir ki, o, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığının yekunlarını şərh edərkən "X"də yazıb.

"Dostum, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışdım. İranın Azərbaycana qarşı açıq və məqsədyönlü təcavüzünü pisləyirəm. Ona və regionun digər ölkələrinə qarşı bu təcavüz tamamilə yolverilməzdir və İran rejiminin ağılsızlığını bir daha sübut edir", - o yazıb.

G.Saar əlavə edib ki, İsrail məqsədlərinə çatana qədər İranda hərbi əməliyyatı davam etdirməkdə qərarlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
73
4
olke.az

7Sources