EN

Qubadlı İcra Hakimiyyətində ictimai təhlükəli əməllərlə bağlı tədbir keçirildi FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qubadlı rayon İcra Hakimiyyəti, Qubadlı rayon Prokurorluğu, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin və Qubadlı Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə, 05 mart 2026-cı il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ötən illər ərzində Respublikada aktual olan və artım dinamikası müşahidə edilən ictimai təhlükəli əməllərin qarşısının alınması üçün profilaktik tədbirlərin icrası nəzərdə tutulmuş, bu məqsədlə Baş Prokurorluğun Kollegiyasının 26 dekabr 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” üzrə Qubadlı rayon prokurorluğunun tədbirlər planıın icrası ilə bağlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki,  tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Qubadlı rayon prokuroru, baş ədliyyə müşaviri Emil Kərimov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işçiləri, Qubadlı rayon polis şöbəsinin,  Qubadlı rayon Mərkəzi Xəstəxanasının, Şərqi Zəngəzur Regional Təhsil, Gənclər və İdman, Mədəniyyət İdarələrinin,  SHXÇDX-nin  Qubadlı rayon bölməsinin,  Sumqayıt narkoloji dispanserinin, Qubadlı rayon Təhsil Sektorunun  işçiləri, müharibə iştirakçıları, rayon məktəblərin direktorları, müəllimlər, psixoloqlar, hərbi rəhbərlər, şagirdlərin valideyinləri, həmçinin təqaüddə olan müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. 

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan Qubadlı rayon prokuroru, baş ədliyyə müşaviri Emil Kərimov cəmiyyəti narahat edən, xüsusilə gənc nəslin şəxsi keyfiyyətlərinin formalaşmasına mənfi təsir göstərən bir sıra ictimai təhlükəli əməllərin qarşısının alınması üçün profilaktik tədbir görülməsini ehtiva edən “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” əsasında hazırlanmış Qubadlı rayon prokurorluğunun “Tədbirlər planı”nın icrası ilə əlaqadar bugünkü tədbirin təşkil olunduğunu bildirmişdir.

Çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov “Tədbirlər planı”nında icrası nəzərdə tutulan tədbirlərin aktuallığını vurğulayaraq Dövlətimizin gələcəyı olan gənc nəslin neqativ təsirlərdən qorunaraq cəmiyyət üçün yararlı şəxsiyyətlərin yetişdirilməsinin zəruri olduğunu bildirdi.

  Tədbirdə, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hərbi xidmətə çağırış, hərbi xidmətdən azadetmə və ya möhlət verilməsinin şərtləri və hərbi xidmətə yararsızlığın tibbi meyarları, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, bu vasitə və maddələrdən istifadənin fəsadları və nəticələri, Erkən nikahın qanunvericilikdə qadağan edilməsinə dair qanunvericiliyin tələbləri, erkən nikaha daxil olmanın fəsadları və nəticələri, Ailədaxili zorakılığın uşaqlara təsiri, digər fəsadları və nəticələri, Uşaqlar sosial təhlükədə olduqda valideynlik hüquqlarının məhdudlaşdırılması və yaxud valideynlik hüququndan məhrum edilmənin hüquqi əsasları, Məktəblərdə zorakılıq hallarının qarşısının alınması mövzularında çıxış edən, Qubadlı rayon prokurorunun böyük köməkçisi İmran Mirzəyev, Qubadlı rayon prokurorunun köməkçisi Taleh Zeynalov, Sumqayıt narkoloji dispanserinin baş həkimi Vüsal Cabbarov, Qubadlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Yaşar Həsənov, Şərqi Zəngəzur Reional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Qubadlı rayon İH başçısının aparatında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi, böyük məsləhətçi Aytən Məmmədova, Qubadlı rayon polis şöbəsinin rəis müavini Elçin Rəcəbov sadalanan əməllərin baş verməsinin səbəbləri, nəticələri, yaratdığı mərhumiyyətlər və belə əməllərin törədilməsinin qarşısının alınması üçün icrası zəruri olan tədbirlər barədə ətraflı məlumat verdilər.

Yekunda çıxış edən Qubadlı rayon prokuroru, baş ədliyyə müşaviri Emil Kərimov bildirdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixdə başlayaraq 44 gün davam etmiş, Silahlı Qüvvələrimizin tarixi qələbəsi və düşmənin kapitulyasiyası ilə nəticələnmiş Vətən Müharibəsi, yekunda isə 19 sentyabr 2023-cü il tarixdə keçrilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoymuş və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etmişdir. Hal-hazırda işğaldan azad olunmuş dıgər ərazilərlə yanaşı Qubadlı rayonunda da cənab Prezident İlham Əliyevin rəhbərliyi və I Vitse Prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə geniş quruculuq işləri aparılır.

Həmçınin Emil Kərimov çıxışında yuxarıda sadalanan halların qarşısının alınması üçün rayon prokurorluğunun, rayon polis şöbəsinin əməkdaşlarına, məkrəblərin direktor, müəllim və psixoloqlarına  zəruri tədbirlərin mütəmadi olaraq icrası ilə bağlı tapşırıq və tövsiyyələrini verdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
unikal.az

10Sources