EN

FIFA 2026 Dünya Çempionatında su fasilələrində reklam yayımlarına icazə verəcək

Bakı. Trend:

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA)yayımçılara 2026-cı il dünya çempionatı oyunlarının hər yarısındabaş verəcək su fasilələri zamanı reklamlara keçməyə icazəverəcək.

Trend xəbər verirki, bu barədə məlumat “The Athletic”ə istinadən verilib.

Qeyd olunur ki, oxşar təcrübə ABŞ-də basketbol və Amerikafutbolunda fasilələr zamanı artıq tətbiq olunur.

Dekabr ayında dünya çempionatında hər 45 dəqiqəlik hissəninortasında üç dəqiqəlik su fasiləsinin tətbiqi elan edilib. Butədbirin oyunçuların rifahı üçün həyata keçirildiyi və havaşəraitindən asılı olmayaraq tətbiq olunacağı vurğulanıb.

2026-cı il dünya çempionatı 11 iyunda başlayacaq.

Chosen
124
3
az.trend.az

4Sources