AZ

FIFA su fasilələrində reklam yayımlarına icazə verəcək

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) yayımçılara 2026-cı il dünya çempionatı oyunlarının hər yarısında baş verəcək su fasilələri zamanı reklamlara keçməyə icazə verəcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə məlumat “The Athletic”ə istinadən verilib.

Qeyd olunur ki, oxşar təcrübə ABŞ-də basketbol və Amerika futbolunda fasilələr zamanı artıq tətbiq olunur.

Dekabr ayında dünya çempionatında hər 45 dəqiqəlik hissənin ortasında üç dəqiqəlik su fasiləsinin tətbiqi elan edilib. Bu tədbirin oyunçuların rifahı üçün həyata keçirildiyi və hava şəraitindən asılı olmayaraq tətbiq olunacağı vurğulanıb.

2026-cı il dünya çempionatı 11 iyunda başlayacaq.(trend.az)

Seçilən
101
3
olke.az

4Mənbələr