Almaniyalı məşqçi Yürgen Klopp karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Klopp “Atletiko”nu çalışdırmağa yaxındır. Bildirilir ki, alman mütəxəssis “Real”dan gələn təklifi rədd edib və hazırda Madrid klubuyla danışıqlar aparır.
Qeyd edək ki, Klopp son olaraq 2024-cü ildə “Liverpul”u çalışdırıb. O, klubdan ayrıldıqdan sonra “Red Bull” sistemində rəhbər vəzifədə fəaliyyət göstərir.