İsrailin Tel-Əviv şəhərində yaşayış binasına raket zərbəsi endirildiyi barədə məlumat yayılıb.
Musavat.com xəbər verir ki, ilkin məlumatlara görə, İran tərəfindən atılan raketlərdən biri Tel-Əvivdə yaşayış binasına düşüb. Hadisə nəticəsində ərazidə dağıntıların yarandığı bildirilir.
Yerli mənbələrin məlumatına görə, zərbədən sonra hadisə yerinə xilasetmə və təcili yardım briqadaları cəlb olunub.
Hücumdan sonra şəhərin bəzi hissələrində hava həyəcanı siqnalları verildiyi və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi qeyd olunur.
Musavat.com