EN

İstanbulda xərac tələb edən kriminal şəxslər saxlanıldı

ain.az bildirir, Mia.az portalına istinadən.

İstanbulda "xərac" tələbinə yox deyən biznesmenlərin obyektlərini gülləbaran edərək onlara təhdid edən şəxslərə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul polisi şəhərin dörd  rayonunda iş yeri sahiblərini təhdid edən  10 kriminal şəxsi saxlayıb.

Məlumata görə, əməliyyat planı ilə həmin şxəslrə Bağcılar, Kartal, Bakırköy və Arnavutköy rayonlarında iş yeri sahiblərini təhdid edərək, onlardan "xərac toplamaq" istəyib: "Həmin 10 nəfər əvvəlcədən müəyyən edilmiş ünvanlarda eyni vaxtda keçirilən əməliyyatla qandallanıblar. İstintaq davam edir".

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
143
mia.az

1Sources