EN

Azərbaycanda sığorta bazarında dayanıqlılığın gücləndirilməsi müzakirə edilib

Bakı. Trend:

Azərbaycanda sığorta bazarında dayanıqlılığın gücləndirilməsimüzakirə edilib.

Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımov İcbari SığortaBürosunda (İSB) qurumun rəhbər heyəti və kollektivi ilə görüşkeçirib.

Görüş çərçivəsində İSB rəhbərliyi tərəfindən ötən il ərzindəfəaliyyət nəticələri, icbari sığorta mexanizmlərinineffektivliyinin artırılması, sığorta bazarında dayanıqlılığıngücləndirilməsi və şəffaflığın artırılması istiqamətində görülənişlərlə bağlı təqdimat təşkil olunub.

Sədr Taleh Kazımov İSB rəhbərliyi ilə qurumun analitik vətexnoloji infrastrukturun genişləndirilməsi, eləcə dəistehlakçıların müdafiəsi istiqamətində keyfiyyətli və ədalətlitəminatın təşkilinə dair tövsiyələrini bölüşüb.

Məqalədə:
Chosen
178
1
az.trend.az

2Sources