EN

ABŞ bu ölkəyə güzəştə getməyə məcbur oldu

ABŞ Maliyyə Nazirliyi Hindistana Rusiya neftini almağa imkan verən 30 günlük lisenziya verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, qərar ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda qlobal enerji bazarında sabitliyi qorumaq məqsədi daşıyır. Müvəqqəti güzəşt Yaxın Şərqdə gərginlik davam etdiyi müddətdə bazarda neft təklifini artırmağa kömək etməlidir. ABŞ tərəfi bildirib ki, icazə yalnız artıq tankerlərə yüklənmiş və dənizdə olan xammala şamil edilir və bu addım Rusiyanın ciddi maliyyə qazancı əldə etməsinə imkan verməyəcək.

Məlumata görə, Hindistanın neft emalı zavodları İran ətrafındakı gərginlik səbəbindən yaranan təchizat problemlərini kompensasiya etmək üçün Rusiya neftini spot müqavilələrlə almağa başlayıb. Bildirilir ki, ölkə üçün enerji təchizatı xüsusilə həssasdır, çünki idxal olunan neftin təxminən 40 faizi Hörmüz boğazı vasitəsilə daşınır və mövcud ehtiyatlar cəmi 25 günə kifayət edir.

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov isə Hindistanın Rusiya neftini yenidən almasını Vaşinqton üçün “xoşagəlməz sürpriz” adlandırıb.

Qeyd edək ki, Yaxın Şərqdə gərginlik fonunda dünya bazarında neft qiymətləri də yüksəlir. "Brent crude oil" markalı neftin qiyməti martın 5-də bir barel üçün 85 dollara yaxınlaşıb. Rusiya nefti "Urals crude oil" isə 2025-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə - təxminən 53 dollara çatıb.

Ekspertlər hesab edir ki, qlobal bazarda ciddi enerji qıtlığı yaranarsa, neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər.

Chosen
52
1
ikisahil.az

10Sources