AZ

ABŞ Hindistanda icazə verdi – Rusiyaya sata bilərsiniz

ABŞ Maliyyə Nazirliyi Hindistanın dənizdə olan Rusiya neftini müvəqqəti satın almasına icazə verib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə naziri Skott Bessent açıqlama verib.

Bessent X sosial şəbəkəsində yazıb ki, “Dünya bazarına neft tədarükünü təmin etmək üçün Maliyyə Nazirliyi müvəqqəti olaraq, 30 gün müddətinə, Hindistanın neft emalı müəssisələrinə Rusiya neftini almağa icazə verir”.

O, əlavə edib ki, bu tədbir Rusiya hökumətinə “əsas maliyyə faydası gətirməyəcək”, çünki yalnız “artıq dənizdə olan neft əməliyyatlarını” əhatə edir.

Bessent eyni zamanda ümid etdiyini bildirib ki, Hindistan vacib tərəfdaş kimi ABŞ neftinin satın alınmasını artıracaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
71
10
konkret.az

10Mənbələr