EN

Xameneinin varisinin seçilməsi təxirə salındı

İran ABŞ və İsrailin yeni liderin də hədəf ola biləcəyi ilə bağlı bəyanatlarından sonra ölkənin öldürülmüş Ali Rəhbəri Əli Xameneinin varisinin seçilməsini təxirə salıb.

“Yeni Sabah” xəbər verir ki, bunu “The New York Times” yazıb.

İki İran rəsmisi qəzetə bildirib ki, bu qərarı təhlükəsizlik və siyasi səbəblərə görə qəbul ediblər. Rəsmilər deyiblər ki, hazırda varisin seçimi dayandırılıb və gələcək addımlar vəziyyətin gedişatından asılı olacaq.

İranın dövlət televiziyası və rəsmi kanalları hələlik bu məsələyə rəsmi münasibət bildirməyib.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
98
yenisabah.az

1Sources