
Sumqayıtda 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin öldürülməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Missiya.Az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.