AZ

Sumqayıtda ər özündən 18 yaş balaca arvadını öldürdü - YENİLƏNİB

Sumqayıtda 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə Missiya.Az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Seçilən
51
6
missiya.az

8Mənbələr