EN

AFFA "Qarabağ"ı da cərimələdi, "Neftçi"ni də

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XXII turunun oyunlarında baş vermiş qayda pozuntuları ilə bağlı hüquqi ölçü götürülüb.

“Kəpəz” – “Sumqayıt” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə klub 8000 manat cərimə edilib. Qonaqlar da eyni səbəbdən ziyana düşüb. “Sumqayıt” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "kimyaçılar" 7000 manat cərimələnib. 62-ci dəqiqədə “Sumqayıt”ın 10 nömrəli futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırılıb, klub 500 manat cərimə edilib.

“Şamaxı” ilə oyunda 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” 700 manat cərimə ödəyəcək. Qarşılaşmanın 90+4-cü dəqiqəsində paytaxt təmsilçisinin məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq, klub 5000 manat cərimə ödəməli olacaq. Bundan əlavə, "Neftçi" komandasının texniki zonasının üst hissəsi, eyni zamanda sözügedən klubun azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər bakı təmsilçisi tərəfindən qarşılanacaq.

“İmişli” ilə oyunda 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimə edilib.

“Qarabağ” – “Sabah” oyununda “Qarabağ” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ” 700 manat cərimə edilib. Ağdam təmsilçisi azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 8000 manat cərimələnib. 

Chosen
140
35
fanat.az

10Sources