EN

Pedro Bikalyo Qarabağ ı İtaliya nəhənginə dəyişir?

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İtaliyanın "Fiorentina" klubunun "Qarabağ"ın futbolçusu Pedro Bikalyo ilə maraqlandığı iddia olunub.

Oxu.Az xəbər verir ki, bu məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Florensiya təmsilçisi braziliyalı yarımmüdafiəçini transfer etmək niyyətindədir.

İddiaya görə, klub rəhbərliyi futbolçunun çıxışını yaxından izləyir, onun komandaya cəlb olunmasında maraqlıdır və yaxın günlərdə "Qarabağ"a rəsmi təklif göndəriləcək.

"Qarabağ" futbol klubunun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda heç bir futbolçu üçün rəsmi təklif gəlməyib.

Məhərrəm Əliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
oxu.az

1Sources