EN

Salyanda qənnadı məhsullarının istehsalı sexində nöqsanlar aşkarlanıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 mart, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, Ə.Qasımzadə küçəsi, ev 57 ünvanında fiziki şəxs Samir Zehin oğlu Əhmədova məxsus fərdi yaşayış sahəsində fəaliyyət göstərən “Dəf kimi” əmtəə nişanlı qənnadı məhsullarının istehsalı sexində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı qida obyektində bir sıra nöqsanlar aşkarlanıb.

Emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi, xammal anbarının təşkil edilmədiyi və hazır məhsullar üçün sahənin ayrılmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.

Müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
96
7
azertag.az

10Sources