EN

Mehdiyevin bankı bağlanır, pulların taleyi necə olacaq?

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Bank BTB" ASC-nin fəaliyyət formasını dəyişərək bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi faktiki olaraq qurumun bank sektorundan çəkilməsi anlamını verir. Azərbaycan Mərkəzi Bankının verdiyi bu qərar qurumun artıq depozit toplamaq və geniş bank xidmətləri göstərmək hüququnun olmayacağını göstərir. Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevanın nəzarətində olan bu bankın bazardakı payı cəmi 0.6 faiz olduğu üçün bu gedişat sektor üçün ciddi itki hesab edilmir.Demokrat.az xəbər verir ki, müştərilər üçün ən vacib məqam pulların taleyi ilə bağlıdır. Bankın bütün öhdəlikləri və müştəri depozitləri ölkənin ən böyük bankı olan "Azərbaycan Beynəlxalq Bankı"na (ABB) ötürülür. Bu o deməkdir ki, vətəndaşların "Bank BTB"dəki pulları batmır və dövlət bankının zəmanəti altına keçir. Əmanət sahibləri eyni şərtlərlə pullarını ABB-də saxlaya və ya geri götürə bilərlər.Kredit borcu olanlar üçün də qaydalar dəyişmir. Onlar artıq ödənişlərini köhnə banka yox, məhz ABB-yə etməli olacaqlar. Bu proses əmanətçilərin maraqlarını qorumaq məqsədilə tənzimləyici qurumun nəzarəti altında aparılır.İslam

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
136
1
demokrat.az

2Sources