EN

Mərakeş XİN Azərbaycana dron hücumlarını qətiyyətlə pisləyib

Bakı. Trend:

6 mart 2026-cı il tarixində Mərakeş Krallığının xarici işlər,Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri NasserBourita Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramova zəng edib.

XİN-dən Trend-ə verilənxəbərə görə, telefon danışığı zamanı, nazir Ceyhun Bayramovhəmsöhbətinə 5 mart 2026-cı il tarixində Naxçıvan MuxtarRespublikası istiqamətində İran İslam Respublikası tərəfindənhəyata keçirilmiş dron hücumları barədə geniş məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycanın ərazisinə qarşı bu cür addımlarölkənin suverenliyinə zidd olmaqla yanaşı, beynəlxalq hüququn normavə prinsiplərinin ciddi şəkildə pozulmasıdır və regiondagərginliyin artmasına xidmət edir.

Nazir Nasser Bourita Azərbaycanın ərazisinə qarşı dronhücumlarını qətiyyətlə pisləyib, bunun narahatlıq doğurduğunubildirərək, ölkəmizlə həmrəyliyini ifadə edib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Chosen
112
14
az.trend.az

10Sources