EN

Zakir Həsənov Viktor Xreninlə İranın Naxçıvana dron hücumunu müzakirə etdi

Azərbaycanın müdafiə naziri Zakir Həsənovla belaruslu həmkarı Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.

Publika.az xəbər verir ki, tərəflər İran ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.

General-leytenant V.Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Chosen
76
19
publika.az

10Sources