EN

Diplomatik münasibətlər yenidən başlayır

ABŞ ilə Venesuelanın diplomatik və konsulluq münasibətlərinin yenidən qurulması barədə razılığa gəlib. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti Venesuela ilə münasibətlərə dair açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Venesuelanın müvəqqəti səlahiyyətli qurumları ilə diplomatik və konsulluq münasibətlərinin yenidən bərpası barədə razılıq əldə olunub. 

Bu addım Venesuelada sabitliyin təşviqi, iqtisadi bərpanın dəstəklənməsi və siyasi uzlaşmanın irəlilədilməsi istiqamətində birgə səyləri asanlaşdıracaq. 

Açıqlamada, həmçinin qeyd olunub ki, Venesuela xalqının demokratik şəkildə seçilmiş hökumətə sülh yolu ilə keçidi üçün zəruri şəraitin yaradılmasına diqqət yetirilir. 

Chosen
29
1
cebheinfo.az

2Sources