Olaylar.az xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında məlumat yayılıb.
"İslandiya hökuməti 29 avqust 2026-cı ildə Avropa İttifaqına üzvlüklə bağlı danışıqların bərpası məsələsi üzrə referendum keçirilməsi barədə təklifi Altinqə (İslandiyanın birpalatalı parlamenti -red) təqdim etmək qərarı qəbul edib", - məlumatda qeyd olunub.
Qeyd edək ki, İslandiya hələ 2009-cu ildə maliyyə böhranı zamanı Avropa İttifaqına üzvlük üçün müraciət etmişdi. 2013-cü ildə ölkə hökuməti iqtisadi vəziyyətin yaxşılaşması səbəbindən üzvlüklə bağlı danışıqları dayandırdı. 2015-ci ildə isə İslandiya hakimiyyəti ölkənin artıq Aİ-yə üzvlük namizədi kimi nəzərdən keçirilməməsini xahiş etdi. 2013-cü ildə danışıqlar dayandırılana qədər İslandiya birliyə inteqrasiya prosesinin 33 mərhələsindən 11-ni tamamlamışdı.