EN

Arzu Əliyeva Bakı Ali Neft Məktəbində olub

5 mart 2026-cı il tarixində SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş “Tağıyev: Neft” filminin nümayişi keçirilib.

AzEdu.az xəbər verir ki, Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın fəxri qonaq qismində iştirak etdiyi tədbirdə SOCAR və Bakı Media Mərkəzinin nümayəndələri, BANM-in müəllim və tələbələri, filmin yaradıcı heyəti və aktyorlar iştirak ediblər.

Filmin nümayişindən sonra çıxışlar edilib, yaradıcı heyətlə sual-cavab formatında maraqlı müzakirələr aparılıb.

Tarixi irsimizin geniş auditoriyaya çatdırılmasına töhfə verən bu dəyərli layihəyə görə başda Arzu xanım Əliyeva olmaqla Bakı Media Mərkəzinə təşəkkürümüzü bildiririk.

Chosen
90
azedu.az

1Sources