EN

Qusarda Beynəlxalq Qadınlar Günü və 10 Mart Milli Teatr günü ilə bağlı tədbir KEÇİRİLDİ VİDEO

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qusarda qarşıdan gələn 8.Mart Beynəlxalq Qadınlar Bayramı və 10 Mart - Milli Teatr günü ilə bağlı tədbir keçirilib.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar Dövlət Ləzgi Dram Teatrında baş tutan tədbirdə şəhid ailələrinin xanım üzvlərinə və məclisə ayrı-ayrı müəssisə və idarələrdən qatılan qadınlara xoş musiqi nömrələri, rəqs və mahnılar ərməğan edilib.Qusar Dövlət Ləzgi Teatrının aktyorları tərəfindən 10 Mart - Milli Teatr günü ilə bağlı tamaşaçılara Üzeyir Hacıbəyovun ölməz "Arşın mal alan" və "O olmasın, bu olsun" əsərlərindən və teatr tamaşalarından səhnələr təqdim olunub. Qusar icra hakimiyyətinin başçısı Sahir Məmmədxanovun hər iki gün münasibətilə rəsmi məktubu oxunub.Tədbirin sonunda Qusar icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov bir daha xanım iştirakçıları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib, hər birinə xoş və sağlam gün arzulayıb. Rayon rəhbəri Qusar Dövlət Ləzgi Dram teatrının direktoru Faiq Qardaşovu Milli Teatr günü münasibətilə təbrik edərək, ona hədiyyə təqdim edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
2
bizim.media

3Sources