EN

Üç ölkənin diplomatları da daxil olmaqla daha 70-yə yaxın əcnəbi Azərbaycana təxliyə edilib - YENİLƏNİB-3

Son üç saat ərzində 7 ölkənin - Oman, Pakistan, Şri-Lanka, Qazaxıstan, Küveyt, Latviya, Bəhreyndən olan 70-ə yaxın vətəndaş "Astara" Dövlət sərhəd buraxılış məntəqəsindən təxliyə edilib.

"Report"un Cənub bürosu xəbər verir ki, bu gün səhər saat 09:00-dan 18:00-dək isə 3-ü diplomat olmaqla 17 Rusiya vətəndaşının təxliyəsi həyata keçirilib.

Eyni zamanda Özbəkistanın 3 diplomatı, Çexiyanın 3 diplomatı, 31 Çin, 6 Britaniya, 4 Kanada, 20 Pakistan, 26 Tacikistan, 1 Qazaxıstan 1 Türkiyə vətəndaşı təhlükəsiz şəkildə təxliyə olunub.

Rusiya, Pakistan və Cexiya diplomatları da daxil olmaqla İrandan Azərbaycana daha 30 nəfər təxliyə olunub.

"Report"un Cənub bürosu xəbər verir ki, həmin şəxslərin 10-u adları çəkilən ölkələrin diplomatları, həmçinin 18-i Tacikistan, 1-i Türkiyə, 1-i isə Qazaxıstan vətəndaşıdır.

Onların təxliyəsi Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

İrandan Azərbaycana daha 28 nəfərin təxliyəsı həyata keçirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, həmin şəxslərin 14-ü Pakistan, 6-sı Rusiya, 3-ü Çin, 3-ü Kanada, 2-si isə Böyük Britaniya vətəndaşıdır.

Onların təxliyəsi Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

İrandan Azərbaycana Çinin daha 24 vətəndaşının təxliyəsı həyata keçirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, onların təxliyəsi Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsilə baş tutub.

Chosen
129
24
far.az

10Sources