EN

İran vətəndaşı Səngəçaldakı körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 min ABŞ dolları vəd edib

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət TəhlükəsizliyiXidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslamRespublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindənAzərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların vəkəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısınıalıb.

Trend xəbər verir ki,Azərbaycan Respublikasında kəşfiyyat xarakterli məlumatlarıntoplanılması, terror-təxribat və sui-qəsd aktlarınınplanlaşdırılmasını təşkil edən SEPAH-ın əlaqə saxladığı şəxslərindairəsi müəyyən edilib.

Belə ki, Bakı şəhəri, Qaradağ rayonunun Səngəçal qəsəbəsindəkikörpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 000 ABŞdolları vəd edən İran İslam Respublikası vətəndaşı SheikhzadehSajjad Moghadam Sati Sofi Evad işi görəcək şəxsin axtarışındaolub.

Eyni zamanda, S.Sheikhzadehin Azərbaycan Respublikasında yaşayanyəhudi əsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlanmasındaSEPAH-dan xüsusi tapşrıqlar aldığı məlum olub.

Chosen
125
12
az.trend.az

10Sources