EN

Türkiyədə sosial media istifadəçiləri yaşlarını təsdiqləməli olacaqlar

Türkiyənin ədliyyə naziri Akın Gürlek 16 yaş və yuxarı sosial media istifadəçilərinin mobil telefonlarına xüsusi kod daxil edərək yaşlarını təsdiqləməli olacaqlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ədliyyə naziri təsdiq kodu sisteminin tətbiqi üzərində işlərin fəal şəkildə davam etdiyini bildirib.

O, həmçinin uşaqlar və yeniyetmələr üçün sosial mediaya girişin tezliklə bloklanacağını əlavə edib.

Nazir uşaqları zorakılığa, gender neytrallığına və başqa neqativ meyllərə təhrik edən şəbəkələrlə bağlı Türkiyə Cinayət Məcəlləsinə dəyişikliklərin ediləcəyini də açıqlayıb.

Chosen
57
2
yeniazerbaycan.com

3Sources