EN

AFFA FIFA referiləri üçün təqdimat mərasimi keçirdi – ARENA.AZ

Bu gün AFFA-nın inzibati binasında 2026-cı ildə FIFA referiləri kimi fəaliyyət göstərəcək hakimlərə vəsiqələr və döş nişanları təqdim edib.

Arena.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Elçin Məmmədov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və Hakimlər Departamentinin rəhbəri Bəhruz Teymurov iştirak ediblər.

Vəsiqə və döş nişanlarını hakimlərə təqdim edən Cahangir Fərəcullayev onları bu münasibətlə təbrik edib. O, Azərbaycan hakimlərinin beynəlxalq arenada ölkəni layiqincə təmsil edəcəyinə inandığını bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Bəhruz Teymurov hakimlər üçün nəzərdə tutulan yeni bonus proqramı barədə təqdimatla çıxış edib. O, AFFA İcraiyyə Komitəsi tərəfindən təsdiq edilmiş proqramın tətbiq mexanizmi barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, bonus proqramı iki əsas prinsip – dayanıqlılıq və kollektiv məsuliyyət üzərində qurulub. Yeni sistem hakimlərin fəaliyyətində peşəkarlığın artırılması, performansın stimullaşdırılması və daha uğurlu nəticələrin əldə olunmasına xidmət edəcək.

Tədbirin sonunda hakimlərin sualları cavablandırılıb və proqramın tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
73
14
arena.az

10Sources