EN

BƏƏ XİN başçısı Naxçıvana hücumu pislədi

6 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə BUTA.TV-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və cari təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. Abdullah bin Zayed Əl Nəhyan mülki əhalinin və mülki infrastrukturun hədəf alınmasını qətiyyətlə pislədiyini və bu kimi addımların qəbuledilməz olduğunu diqqətə çatdırıb. Nazirlər Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını ifadə edib, vəziyyətin daha da eskalasiyasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər.

Chosen
72
17
buta.tv

10Sources