EN

Körfəz ölkələri müharibənin qarşısını almaq üçün gizli diplomatiyaya başladı

Yaxın Şərqdə gərginliyin sürətlə artdığı bir vaxtda Səudiyyə Ərəbistanı İranla birbaşa diplomatik əlaqələri gücləndirib.

Musavat.com xəbər verir ki, Bloomberg nəşrinin məlumatına görə, Ər-Riyad regionda müharibənin genişlənməsinin qarşısını almaq üçün son günlər Tehrana diplomatik kanallar vasitəsilə intensiv mesajlar göndərir.

Məlumata görə, bu təşəbbüs bir neçə Avropa və Yaxın Şərq ölkəsi tərəfindən də dəstəklənir. Məqsəd İranla Qərb arasında artan hərbi qarşıdurmanın regionu daha böyük müharibəyə sürükləməsinin qarşısını almaqdır.

Eyni zamanda Küveyt, Bəhreyn və Oman da İranla danışıqlara başlayıb. Körfəz ölkələri Tehran rəhbərliyindən bölgədə həyata keçirilən zərbələrin dayandırılmasını xahiş ediblər.

Diplomatik mənbələr bildirir ki, qarşılığında bu ölkələr ABŞ üzərində təsir göstərməyə çalışacaqlarını və gərginliyin azalması üçün Vaşinqtonla danışıqlar aparacaqlarını qeyd ediblər.

 

Musavat.com

Chosen
113
musavat.com

1Sources