EN

“Sənətim üçün çox darıxıram, yaşlı qadınam, teatrsız ürəyim partlayır” - FOTO+ÖZƏL

“Azərbaycan xanımları sədaqətlidir, mərddir. Mən öncə xanımlarımıza dinc, rahat bir ömür arzulayıram. Allahın rəhmi başımızın üstündə olsun. Həyatlarının qədrini bilsinlər. Qadın qadına paxıllıq etməz. İstəyirəm ki, Azərbaycan qadınlarının adı yüksəklərdən gəlsin”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Lətifə Əliyeva deyib.
 
80 yaşlı sənətkar tamaşaçıları üçün darıxdığını bildirib:
“Sənətim üçün çox darıxıram. Allah qoysa siz də qocalarsız, onda bilərsiniz ki, qocalıq nədir? 80 yaşınız da olsa siz yazmaq istəyəcəksiz. Aktrisanın arzusu hər zaman obraz və sənətdir. Mən yaşlıyam. Onun-bunun oyununa baxıb dözürəm, qidalanıram. Mənim üçün çox çətindir. Evdə çox darıxıram. Tənha qalmışam. Çox tənha”.
 
Xalq artisti Lətifə Əliyeva həmkarı, sevilən aktrisa Naibə Allahverdiyevanın qızının toyuna gedəcəyini də bildirib:
“Naibə kişi qızıdır. Allah onun balasını qorusun, xoşbəxt etsin. Naibə mənə qarşı hər zaman yüksək səviyyədə diqqət göstərir. Hələ ki, qızının toyuna dəvət etməyib, dəvət etsə böyük məmnuniyyətlə gedəcəm. Heç baxmayacam ki, səhhətimdə problem var. Ayaqlarım bir az ağrıyır, amma dözürəm. Yaşlı qadınam”, deyə sənətkar bildirib.
Chosen
38
moderator.az

1Sources