EN

DSX-da Beynəlxalq Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər keçirildi

Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında və struktur qrumlarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.

DSX-dan Publika.az-a verilən məlumata görə, çıxışlarda tarix boyu zəkası, cəsarəti və fədakarlığı ilə seçilən Azərbaycan qadınının müasir dövrdə də cəmiyyətin müxtəlif sahələrində fəal mövqe nümayiş etdirdiyi, hərbi və təhlükəsizlik strukturlarında, elm və təhsil mühitində, eləcə də mədəniyyət və incəsənət sahələrində səmərəli fəaliyyət göstərərək ölkənin sosial-iqtisadi inkişafına, ictimai-siyasi həyatına mühüm töhfələr verdiyi qeyd olunub.

Tədbirdə Dahi Öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik prinsipləri əsasında Azərbaycan qadınının bu gün cəmiyyətin inkişafında mühüm rol oynayan aparıcı qüvvələrdən birinə çevrildiyi xüsusi vurğulanıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçular üçün müasir xidmət şəraiti yaradılmışdır.

Onlar dövlət sərhədlərinin etibarlı mühafizəsində, eləcə də hərbi təhsil, analitik fəaliyyət və tibbi təminat sahələrində məsul vəzifələri uğurla yerinə yetirərək sərhəd mühafizəsi sisteminin inkişafında özünəməxsus rol oynayırlar.

Chosen
85
3
publika.az

4Sources