UFC prezidenti Dana Uayt Bakıda yeni turnir keçirəcəklərini bildirib.
Msport.az xəbər verir ki, bu haqda keçmiş prodüsser Jed Qudman paylaşım edib.
Uayt, FOX Sport telekanalına müsahibəsində deyib: “Biz tezliklə Azərbaycana qayıdacağıq. Həmçinin Gürcüstanda turnir keçirmək istəyirik və bu il Cənubi Afrikada da yarış təşkil edə bilərik”.
Xatırladaq ki, ötən yay Bakıda ilk dəfə UFC yarışı keçirilib.