EN

Pezeşkiandan qonşulara sülh vədi: "Ərazinizdən hücum olmasa, raket atmayacağıq"

İranın yeni yaradılmış Müvəqqəti Rəhbərlik Şurası ölkənin xarici hərbi strategiyasında mühüm dəyişiklik edərək, qonşu dövlətlərə qarşı raket hücumlarını dayandırmaq barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, Prezident Məsud Pezeşkian martın 6-da xalqa müraciəti zamanı Tehranın regional gərginliyi azaltmağa hazır olduğunu bəyan edib.

Prezident vurğulayıb ki, İran artıq qonşu ölkələrə raket zərbələri endirməyəcək, lakin bir mühüm şərti var: "Dünən Müvəqqəti Rəhbərlik Şurası qonşu dövlətlərə daha hücum etməmək və raket atmamaq barədə qərar verdi. Ancaq bir şərtlə: əgər bu ölkələrin ərazisindən İrana qarşı hücumlar baş verməzsə". Pezeşkian əlavə edib ki, İran sülh tərəfdarıdır, lakin suverenliyinə qarşı istənilən təhdidə dərhal və amansız cavab verəcək.

Xatırladaq ki, son günlər BƏƏ, Küveyt və İordaniyadakı hədəflərin vurulmasından sonra regional ölkələr İranı münaqişəni genişləndirməkdə ittiham edirdi. Məsud Pezeşkianın bu bəyanatı həm də Türkiyə və Azərbaycan kimi qonşu ölkələrə verilmiş bir təhlükəsizlik mesajı kimi qiymətləndirilir. Prezident həmçinin vasitəçilik etmək istəyən dövlətlərə də səslənərək bildirib ki, kənar qüvvələr danışıqlar masasına "odun üstünə benzin tökənləri" (ABŞ və İsraili) gətirməlidirlər.

Onu da xatırladaq ki, İranın rəhbərliyi bu cür danışsa da, Azərbaycana- Naxçıvana qarşı xain dron hücumu həyata keçirdi. Halbuki Azərbaycan hər zaman qonşuluq prinsiplərinə sadiq qalıb İrana qarşı heç bir əməliyyatlarda iştirak etməyib...

Musavat.com

Chosen
39
50
musavat.com

10Sources