EN

Oğuzda mədəniyyət evi yandı - FOTO

Oğuzda mədəniyyət evində yanğın baş verib.

Bakıvaxtı.az-ın "Qafqazinfo"ya istinadla məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağının yanar konstruksiyaları və dam örtüyünün 280 k/m sahəsi tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Chosen
73
7
bakivaxti.az

8Sources