AZ

Oğuzda mədəniyyət evi yandı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Oğuzda mədəniyyət evində yanğın baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağının yanar konstruksiyaları və dam örtüyünün 280 k/m sahəsi tamamilə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Mübariz Muradov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
149
7
qafqazinfo.az

8Mənbələr