EN

"İran səması bizimdir": İsrail pilotundan Tehran üzərində şok video-müraciət

İsrail hərbi təyyarələri İran səmasında tam sərbəst şəkildə uçuşlar həyata keçirir - pilotun kabinəsindən şok görüntülər yayılıb.

Musavat.com xəbər verir ki, İsrail sosial media seqmentində yayılan videoda ÇAXAL qırıcısının pilotu İran ərazisi üzərində uçarkən birbaşa kabinədən çəkiliş aparır.

Kadrlarda pilotun olduqca sakit şəkildə çəkiliş apardığı və İsrail xalqına müraciət edərək missiyanın gedişatı barədə məlumat verdiyi görünür. Paylaşılan videodan aydın olur ki, İsrail təyyarəsi İslam Respublikasının hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyət göstərməli olduğu hava məkanından heç bir maneə ilə qarşılaşmadan keçir. Hərbi ekspertlər hesab edirlər ki, bu görüntülər İranın HHM sistemlərinin, o cümlədən "S-300" və yerli "Bavar-373" komplekslərinin tamamilə sıradan çıxarıldığının və ya İsrailin elektron mübarizə vasitələri tərəfindən kor edildiyinin bariz sübutudur. Bu cür videoların yayılması həm də Tehran rejiminə qarşı aparılan psixoloji müharibənin tərkib hissəsi kimi qiymətləndirilir.



Musavat.com

Chosen
94
musavat.com

1Sources