Ajans.az xəbər verir ki, hadisə Maksim Qorki küçəsində baş verib. Qeyd edilib ki, "Kotec" qəsəbəsi ərazisindən keçən yüksəktəzyiqli qaz xətti nəqliyyat vasitəsinin qəzası nəticəsində zədələnib. Nəticədə ərazidə qaz təchizatı dayandırılıb, təxminən 1 100 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb. Bildirilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.