EN

Sumqayıtda avtomobil qəzası minlərlə abonenti QAZSIZ QOYDU

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Sumqayıt şəhərində qaz xəttinin zədələnməsi səbəbindən bir sıra abonentlərin qaz təchizatında fasilə yaranıb.Bizim.Media “report.az”a istinadla xəbər verir ki , hadisə şəhərin Maksim Qorki küçəsində qeydə alınıb.

 

Məlumata görə, diametri 108 millimetr olan yüksəktəzyiqli qaz xətti avtoqəza nəticəsində zədələnib. Bu səbəbdən ərazidə qaz təchizatı dayandırılıb. Nəticədə təxminən 1100 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

Hazırda qəza baş verən ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən təmir-bərpa işləri aparılır. Qaz təchizatının qısa müddətdə bərpa olunacağı bildirilir.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
43
12
bizim.media

10Sources