EN

“Milan”dan Alleqri ilə bağlı addım

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Milan”dan Alleqri ilə bağlı addım

“Milan” baş məşqçisi Massimiliano Alleqrinin müqaviləsini uzatmağı və onun maaşını artırmağı nəzərdən keçirir. 

QOL.az xəbər verir ki, bu barədəLa Gazzetta dello Sport” məlumat yayıb. Bildirilib ki, klub mütəxəssisin qarşısına şərt qoyub. Əgər komanda Çempionlar Liqasına vəsiqə qazanarsa,  baş məşqçinin maaşı artırılacaq. Bu halda italiyalı mütəxəssisin illik qazancı 5 milyon avrodan 6 milyon avroya yüksələcək.

Həmçinin müqavilənin üçüncü ilinin aktivləşdirilməsi də nəzərdə tutulur. Tərəflər daha əvvəl razılaşmışdılar ki, komanda Çempionlar Liqasına vəsiqə qazansa və ya klub rəhbərliyi qərar versə, müqavilə avtomatik olaraq 2027/28 mövsümünün sonunadək uzadılacaq. Sazişdə 2028/29 mövsümü üçün də əlavə opsiya yer alıb.

Hazırda “Milan” 27 turdan sonra A seriyasında 2-ci  pillədə qərarlaşır. Komanda ÇL-ə yollana bilmək üçün mövsümün sonunda ilk 4-lükdə qərarlaşmalıdır. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
119
26
qol.az

10Sources