EN

Bakının əsas prospektlərindən birində YÜK AVTOMOBİLİ YANDI FOTO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bu gün səhər saatlarında Bakının əsas prospektlərindən birində yük avtomobili yanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, hadisə Moskva prospektində baş verib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, hadisə bu gün saat 05:30-da Yasamal rayonu, Moskva prospektində qeydə alınıb.

"Alı Rəhim oğlu Bayramovun idarə etdiyi MAN markalı 77-FQ-457 dövlət nömrə nişanlı yük avtomobilində yanmağa başlayıb. Dərhal əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar və ərazidə təhlükəsizlik təmin olunub. Faktla bağlı araşdırma aparılır", - deyə T. Nəsirli bildirib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Moskva prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində MAN markalı yük avtomobilində baş verən yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yük avtomobilinin kabin hissəsi və qoşqunun iki ədəd ön təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
128
avtosfer.az

1Sources