EN

Avstriya səfiri və dörd səfirlik əməkdaşı İrandan Azərbaycana təxliyə edildi Fotolar

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə davam edir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Avstriyanın İrandakı səfiri Fridrix Stift və səfirlik əməkdaşları “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə təxliyə olunub.

Səfir media nümayəndələrinə açıqlamasında beş nəfərdən ibarət heyətin təxliyə olunduğunu bildirib və Azərbaycan tərəfinə bu köməyə görə təşəkkürünü çatdırıb.

Təxliyə prosesi xüsusi təhlükəsizlik qaydalarına uyğun və mərhələli şəkildə həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
7
yeniavaz.com

10Sources