EN

“Qarabağ”dan xanım azarkeşlərə jest: Giriş pulsuzdur

“Qarabağ” 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə xanım azarkeşlərə jest edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, klub Misli Premyer Liqasının XXIII turu çərçivəsində “Araz-Naxçıvan”la keçiriləcək ev oyuna xanım azarkeşlər üçün girişin ödənişsiz olduğunu bəyan edib.

Qeyd edək ki, matç sabah saat 19:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.

"Cebheinfo.az"

Chosen
86
7
cebheinfo.az

9Sources