EN

"Emrelidən bütün potensialını ortaya qoymağə tələb edirəm" - Mahir bu gün qol vuracaqmı?

Mahir Emrelinin formasını geydiyi "Kayzerslauter" bu gün 2-ci bundesliqada növbəti oyununu keçirəcək. Komanda 25-ci tur çərçivəsində "Bohum"un qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, "qırmızı iblislər"in baş məşqçisi Torsten Liberknext oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb. O bu mövsüm olmasa da, növbəti "futbol ili"ndə yüz faiz 1-ci bundesliqaya vəsiqə qazanacaqlarını bildirib.

Mütəxəssis Mahirin meydanda olub-olmayacağı haqda da danışıb:

"Ondan gözləntim böyükdü. Adının matçın iştirak ərizəsində olmaq ehtimalı var. Amma hələ dəqiq deyil. Hazırda mənim üçün ən önəmli məsələ Mahirin formada olmasıdı. Emrelidən bütün potensialını ortaya qoymağı tələb edirəm".

"Kayzerslautern" 37 xalla 6-cı sıradadı. 29 xala malik “Bohum" isə 10-cu pillədə qərarlaşıb.

KƏNAN BAHADIR
Chosen
129
1
football-plus.az

2Sources