EN

Komandası ÇL ə vəsiqə qazansa...

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Massimiliano Alleqri “Milan”ı daha uzun müddət çalışdırmaq şansına malikdi."Football-plus.az" xəbər verir ki, rəhbərlik baş məşqçinin müqaviləsini yeniləməyi və onun maaşını artırmağı nəzərdən keçirir. “La Gazzetta dello Sport”un məlumatına görə, klub təcrübəli mütəxəssisin qarşısına şərt qoyub. Komanda Çempionlar Liqasına vəsiqə qazanarsa, baş məşqçinin maaşı artırılacaq. Bu halda Alleqrinin illik qazancı 5 milyon avrodan 6 milyon avroya yüksələcək. Həmçinin müqavilənin 3-cü ilinin aktivləşdirilməsi də nəzərdə tutulur. Tərəflər daha əvvəl razılaşmışdılar ki, komanda Çempionlar Liqasına vəsiqə qazansa və ya klub rəhbərliyi qərar versə, müqavilənin müddəti avtomatik olaraq 2027/28 mövsümünün sonunadək uzadılacaq. Sözləşmədə 2028/29 mövsümü üçün də əlavə opsiya nəzərdə tutulub.“Milan” 27 turdan sonra A seriyasında 2-ci yeri tutur. Komanda ÇL-ə yollana bilmək üçün mövsümün sonunda ilk “4-lük”də olmalıdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
96
1
icma.az

2Sources