EN

Arda Güler matçın ən pis oyunçusu seçildi

Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Arda Güler matçın ən pis oyunçusu seçildi

"Real"ın "Selta" üzərində qazandığı çətin qələbəyə (2:1) baxmayaraq "kral klubu"nun bəzi futbolçularının çıxışı kəskin tənqid olunub.

QOL.az xəbər verir ki, "AS" nəşrinin yaydığı məlumata görə, müdafiəçi Trent Aleksander-Arnold, yarımmüdafiəçi Arda Güler və hücumçu Brahim Dias matçın ən zəif oyunçuları hesab ediliblər.

Arda Gülər Aurelyen Tçuameninin vurduğu ilk qolda məhsuldar ötürmə ilə yadda qalsa da, oyun ərzində topa cəmi 51 dəfə toxunub. Onun 84,2 faizlik ötürmə dəqiqliyi "Real"ın start heyəti arasında ən aşağı göstərici olub. Bununla yanaşı, türkiyəli futbolçu 12 dəfə top itkisi ilə yadda qalıb.

Trent Aleksander-Arnold isə "Selta"nın vurduğu qol epizodunda Villot Svedberqlə mübarizədə uduzaraq rəqibin qol ötürməsi verməsinə mane ola bilməyib. İngiltərəli müdafiəçi həmçinin 24 dəfə top itirərək bu sahədə komandanın antirekorduna imza atıb.

Brahim Diasa gəlincə, o, komandasının 58 hücumunda iştirak etsə də, rəqib qapısına bircə zərbə belə endirə bilməyib.

Qeyd edək ki, hazırda "Real" 27 oyundan sonra 63 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 40 xalı olan "Selta" isə altıncı sıradadır.

Посмотреть эту публикацию в Instagram

Публикация от Qol.az (@qolaz)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
139
2
qol.az

2Sources