EN

Romada iftar süfrəsi təşkil olunacaq

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə martın 9-da Romada iftar süfrəsi təşkil olunacaq.

İdarədən Ölkə.Az-a bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların başçılarının iştirak edəcəkləri iftar süfrəsində Papa XIV Leonu Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin təmsil edəcək.

İtaliyada, Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi iftar süfrəsi Azərbaycanın dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq işinə real töhfəsi olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
85
15
olke.az

10Sources