AZ

Vatikan tarixində ilk: Azərbaycanın təşəbbüsü ilə Romada möhtəşəm iftar – Şeyx, Parolin və dünya dini liderləri bir arada – VİDEO

Vatikanda Azərbaycanın təşəbbüsü ilə təşkil olunan xüsusi iftar mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, tədbir Romada müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən mühüm beynəlxalq dini platformaya çevrilib.

Mərasim Azərbaycanın təşəbbüsü və təşviqatı ilə təşkil olunub. Tədbirdə Vatikanın yüksək səviyyəli nümayəndələri, xristian, müsəlman və yəhudi dini icmalarının rəhbərləri, eləcə də ictimai-siyasi xadimlər iştirak ediblər.

İftar mərasimində Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin, Katolik–Müsəlman dialoqu üzrə qurumların nümayəndələri, müxtəlif ölkələrdən dini liderlər və ictimai xadimlər iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edir. Onun başçılığı ilə Azərbaycanın dini icmaları Vatikan səfərindədir və bu çərçivədə iftar mərasimi təşkil olunub.

Tədbir çərçivəsində müsəlman, xristian və yəhudi icmalarının nümayəndələri bir araya gələrək dinlərarası dialoq, qarşılıqlı hörmət və sülh mesajları veriblər. İştirakçılar Azərbaycanın multikulturalizm və dini tolerantlıq siyasətinin beynəlxalq miqyasda mühüm nümunə olduğunu vurğulayıblar.

Qeyd edək ki, Romada və Vatikan mühitində bu miqyasda iftar mərasiminin keçirilməsi nadir hadisə hesab olunur və tədbir dinlərarası dialoqun inkişafına yönəlmiş mühüm addım kimi qiymətləndirilir.

Musavat.com həmin tədbirdən eksklüziv video görüntüləri təqdim edir.

 

Musavat.com

Seçilən
59
15
musavat.com

10Mənbələr